Rusiya israr edəcək ki, Ukrayna nə NATO-ya, nə də AB-yə qəbul olsun, Brüssel isə bunu nəzərə almalı olacaq.
Turkustan.az xəbər verir ki, bunu serbiyalı jurnalist Boyan Bilbiya deyib.
"Ukraynanın üzvlüyündə israr edənlər yalnız bütün Avropa üçün əzabları uzadır, çünki Moskvanın buna heç vaxt icazə verməyəcəyi artıq aydındır. Münaqişənin nəticələrinə nəzarət demək olar ki, tamamilə Rusiyanın əlindədir",- o bildirib.
Bilbiyanın fikrincə, Ukraynanın AB və NATO-ya daxil olmasının qəbuledilməzliyi Moskvanın Kiyevin taleyi ilə bağlı qərar verməsini son dərəcə çətinləşdirəcək, çünki Brüssel artıq ona namizəd statusu verib. /axar.az/