Ukraynanın Rusiyanın Qara dəniz sahilində yerləşən Tuapse şəhərindəki neft emalı zavoduna zərbə endirdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, hücumdan sonra zavod ərazisində genişmiqyaslı yanğın baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə yerindən kilometrlərlə uzaqdan görünən alov və qalın tüstü diqqət çəkir. Məlumata görə, partlayış səsləri eşidilib və yanğın qısa müddətdə yayılıb.
Tuapsedəki neft emalı zavodu Rusiyanın Qara dəniz sahilində yerləşən strateji enerji obyektlərindən biri sayılır. Ekspertlər bu cür hücumların enerji infrastrukturunu hədəf alaraq ölkənin logistika imkanlarına təsir göstərməyi hədəflədiyini bildirirlər.
Hadisə ilə bağlı itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Yanğının söndürülməsi istiqamətində tədbirlərin davam etdiyi qeyd olunur.
Son dövrlərdə Ukraynanın Rusiya ərazisində enerji obyektlərinə qarşı hücumlarının intensivləşdiyi müşahidə olunur və bu prosesin müharibənin gedişinə təsiri diqqətlə izlənilir.
Aytən Yaşar/ Turkustan.az