Putinin Ukrayna ilə danışıqlarda tələbi hər kəsi ŞOKA SALDI


Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı növbəti sülh danışıqlarından NATO-nun genişlənməsinə mane olmaq və alyansın müdafiə potensialını zəiflətmək niyyətindədir.

Turkustan.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri diplomatik mənbələrə istinadən yazıb.

Belə ki, Putin NATO-nun Avropadakı hərbi mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu, Polşa, Estoniya, Latviya, Litva və 2023-cü ildə alyansa qoşulan Finlandiyadan NATO qoşunlarının çıxarılması deməkdir.

Bu beş ölkənin hamısı Rusiya ilə həmsərhəddir.

Putinin köməkçisi Yuri Uşakov Avropa ölkələrinin də danışıqlara cəlb olunmasının vacibliyini bildirib. O, görüşdən ciddi irəliləyiş gözləmədiyini deyib.

Avropa rəsmiləri isə Rusiyanın tələblərini rədd etdiklərini vurğulayıblar.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların noyabrın ilk yarısında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

/Bizim.Media


MANŞET XƏBƏRLƏRİ