Kiyev işıqsız və susuz QALDI - Əhali kütləvi şəkildə paytaxtı TƏRK EDİR


Kiyevin üç milyona yaxın sakini elektrik enerjisi və su təchizatındakı kəsintilər fonunda münaqişənin keçən beş ili ərzindəki ən ağır və sərt qışına hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Bildirilir ki, yaranmış acınacaqlı vəziyyət səbəbindən şəhər əhalisinin bir hissəsi artıq paytaxtı tərk etmək haqqında düşünür.

Elektrik kəsintiləri artıq gündəlik həyatın adiləşmiş hissəsinə çevrilib, su təchizatındakı fasilələr isə mütəmadi olaraq paytaxt sakinlərinə ciddi çətinliklər yaradır.

Energetika Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko qışda vəziyyətin daha da ağırlaşacağı ilə bağlı xəbərdarlıq edib.

"Bu qış bir-birini əvəz edən elektrik kəsintiləri, qəza-bərpa işləri, işığın bərpası və yenidən sönməsi ilə yadda qalacaq", - deyə mütəxəssis vurğulayıb.

Artan narahatlıqlar fonunda getdikcə daha çox sakin Ukraynanın qərb regionlarına köçür. "LUN" daşınmaz əmlak portalının məlumatına əsasən, avqust ayından bəri Kiyevdə kirayə təklif olunan boş mənzillərin sayı üçdə iki nisbətində artıb. Eyni zamanda, ölkənin qərb şəhərlərində kirayə evlər kəskin bahalaşır, əlçatan mənzillərin sayı isə sürətlə azalır./Musavat.com


MANŞET XƏBƏRLƏRİ