Rusiyanın ordu qüvvələri Ukraynanın Kiyev vilayətinin Vişnyov şəhərində supermarketə zərbə endirib. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Turkustan.az xəbər verir ki, bu barədə Kiyev vilayəti dövlət administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
“İnsanlar sadəcə mağazaya ərzaq almaq üçün gəlmişdilər. Alış-veriş üçün adi səfər Rusiya hücumundan dolayı faciəyə çevrildi. Düşmən dinc sakinlərə qarşı terror həyata keçirir”, - deyə o bildirib. /axar.az/