Dünyanın 2-ci ən varlı insanı sərvətinin yarısını itirdi


"Oracle" şirkətinin həmtəsisçisi Larri Ellison üç ay ərzində 40 milyard dollar itirib.

Turkustan.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Bildirilib ki, iyun ayında iş adamı 296,6 milyard dollar dəyərində aktivləri ilə “Forbes” milyarderləri siyahısında ikinci yeri tutub. Son altı ay ərzində onun sərvəti iki dəfədən çox azalaraq üç pillə geriləyib.

Ellisonun xalis sərvəti hazırda 140,8 milyard dollara qədər enib və bu da cümə axşamından bəri daha 7,9 milyard dollar azalma deməkdir.

Qeyd edək ki, 20 noyabr cümə günü “Oracle” səhmləri 7,5 faiz ucuzlaşıb. Bu 2024-cü ilin yanvar ayından bəri ən aşağı göstərici hesab olunur. /axar.az/


MANŞET XƏBƏRLƏRİ