Dabaq xəstəliyinin yayılması nəticəsində əhalinin ətə tələbatı azalıb. Bu səbəbdən son günlər balıq məhsullarına maraq kəskin artıb. Satıcılar deyirlər ki, alıcıların böyük qismi ət əvəzinə balığa üstünlük verir və bu da qiymətlərin bahalaşmasına səbəb olub.
Turkustan.az "Xəzər TV"yə istinadən xəbər verir ki, bazarlarda bəzi balıqların qiymətində ciddi dəyişiklik olmasa da, tələb artdığı üçün ümumi bahalaşma müşahidə edilir.
Satıcıların bildirdiyinə görə, fermer təsərrüfatlarında yetişdirilən ağ amur balığının qiyməti sabit qalıb.
Həm tələbat, həm də gündəlik satışlarda nəzərəçarpan artım var. Qiymətlər balıqların ölçüləri və çəkilərinə görə dəyişir. Mütəxəssislər yaxın günlərdə balıq bazarlarında aktivliyin daha da artacağını proqnozlaşdırırlar.