Tural Abbaslı barədə qərar verildi


AĞ Partiya başqanı Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə musavat.com-a Ağ Partiya Seçki Qərargahının rəhbəri Kamran Məmmədli məlumat verib .

K.Məmmədli bildirib ki, partiya sədri Tural Abbaslının namizədliyi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən irəli sürülüb və Partiya sədrinə artıq namizədliyinin qeydə alınması barədə müvafiq vəsiqə də təqdim edilib.

Xatırladaq ki, Tural Abbaslının Yeni Azərbaycan Partiyasından (YAP) rəqibi Məlahət İbrahimqızıdır.

85f45357-f4a3-42f7-81c1-6dbc0029f96e.jpg (143 KB)


MANŞET XƏBƏRLƏRİ