Düşməni öz dəqiq koordinatları ilə məhv edən xüsusi təyinatlı Qəhrəman


Aprel döyüşlərində göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyev onu cəbhə xəttində şəxsən mükafatlandırır...

Vətən Müharibəsində onun dəstəsi Murov dağı, Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə Xüsusi igidlik göstərir...

Ən ağır döyüşlərdə hər zaman öndə gedir...

Döyüşlər zamanı beynəlxalq taktikalardan yararlanaraq uğurlu əməliyyatlar qurur...

Dəstəsi ilə birgə Cəbrayıl istiqamətində düşmənin televiziya qülləsini qoruyan bir tankını və 8 nəfərlik canlı qüvvəsini məhv edir...

Onun əmri ilə tabeliyində olan bölük Füzuli-Hadrut yolunu düşməndən təmizləyir, 3-ü snayper olmaqla xeyli sayda canlı qüvvəsini məhv edir...

Dəstəsi ilə birgə Füzuli rayonunun Gorazil kəndini, Goradiz-Füzuli-Hadrut yolunu düşməndən temizləyərək 10- a yaxın texnikasını zərərsizləşdirir...

Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə dəstəsi ilə birgə düşmənin çoxlu sayda texnikasını və canlı qüvvəsini məhv edir...

Vətən Müharibəsində koordinator olaraq düşmən bölmələrinin yerlərini tapıb, topçu batareyasına məlumat ötürən, Spayk manqasını idarə edən, Cəbrayıl döyüşlərində 9 tank vurduran, Horadiz uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə şəhidlik mərtəbəsinə yüksələn təcrübəli kəşfiyyatçı, XTQ kapitanı, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədov!

Açıklama yok.

Qəhrəmanımız "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, lll dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəmanımızın döyüş yoldaşı deyir ki, "Yeməyimiz və suyumuz bitmişdi. Kəşfiyyatçı bölüyü olduğumuz üçün bizə təminat gəlmirdi. Amma İsmayıl hazırlıqlı hərbçi idi. Onun cantasında həmişə yeyilecək bir şey, su və corab olardı. Gecə yatmışdım, məni yuxudan oyadıb bir şokalad verdi və dedi," bunu ye ki, mədəndə nəsə olsun"...

"Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun. Ya qalib olaq, ya qazi olaq, ya şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz!" deyən igidim, sənin haqqın ödənməz!

Allah sənə rəhmət eləsin! Məkanın cənnət, əziz ruhun şad olsun!

Səni unutmarıq, unutdurmarıq!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ