İşləməyən şəxslərə dəfn müavinəti verilə BİLƏR


“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçılara, işləyən və digər şəxslərə dəfn müavinəti verir”.

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Yalnız işləyəməyən, hər hansı fərdi hesabda ödənişi olmayan şəxslərə həmin vəsait ödənilmir. Bu məsələni dəfələrlə Milli Məclisdə gündəmə gətiriblər.

Sırf maliyyə təminatı baxımından Maliyyə Nazirliyi ilə növbəti mərhələdə müzakirələrimiz olacaq. Maliyyə təminatı olacağı təqdirdə bunu sürətli şəkildə təmin edə biləcəyik”, - deyə nazir bildirib.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib. /Bizim.Media/


MANŞET XƏBƏRLƏRİ