Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən, 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edən, Türkiyə Respublikasında “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq” kurslarına qatılan, 2007-ci ildə “Anadolu-2007” və “Anadolu Qartalı-2007” birgə taktiki təlimlərlə yanaşı Pakistanda “Ləpirçi və antiterrorist”, İsveçrədə “Dağ təlimi”, Rumıniyada isə “Dağa dırmanma üzrə təlimatçı” kurslarında iştirak edən, 2014-cü ilin avqust ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı rəhbərlik etdiyi dəstə ilə birgə qarşı tərəfə keçərək düşmənin 20 hərbi qulluqçusunu məhv edən, XTQ-nin hərbi hissəsinin qərargah rəisi və Xüsusi Təyinatlı Qúvvələrin komandanının köməkçi vəzifəsini icra edən Aprel doyüşləri şəhidi, XTQ mayoru, Azəbaycanın Milli Qəhrəmanı Samid İmanov!

Qəhrəmanımız xidməti müddətində "Hərbi xidmətdə fərqlənməyə görə" lll və ll dərəcəli medallarla, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" lll dərəcəli medal, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" ll dərəcəli medal, "Qələbə günü münasibətilə baş tutan hərbi parada qatıldığında görə" medalı və "Qızıl ulduz" medalı ilə təltif edilib.
Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində Talış kəndi istiqamətində döyüşə qatılır.

Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası alır. Əsgərlər onu döyüş meydanından aparmaq istəsədə, Samid İmanov buna qəti sürətdə etiraz edir və əsgərlərin etirazına baxmayaraq onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr edir. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq Samid İmanovu aparmağ üçün yenidən döyüş meydanına qayıtsa da, onu tapa bilmirlər. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşír... Bütün mərmiləri qurtaran mayor İmanov düşmənə sağ düşməmək üçün əlində qumbara saxlayır. Səhərə qədər əsgərlər ona tapmadığı üçün isə mayor Samid İmanov qan axma nəticəsində qəhrəmancasına şəhid olur.
Allah sənə rəhmət eləsin, məkanın cənnət, əziz ruhun şad olsun qəhrəmanım!!! Artıq Zəfər bizimdir! Səni, sizi unutmadıq, unutmarıq, unutdurmarıq!
Sevinc Bəhmənli





