Bayraktar Əməkdar artistin məşhur ifasını paylaşaraq bunları yazdı - Video


Türkiyənin dünyaca məşhur “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynovanın ifa etdiyi “Ay Laçın” xalq mahnısını paylaşaraq Zəfər günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

O, bunları yazıb:

"PUA-larla qazanılan ilk qələbə kimi tarixə düşən Azərbaycan Qələbəsini təbrik edir, şəhidlərimizi rəhmətlə yad edirəm.

Çətin və çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman bir olmağa davam edəcəyik.".

Sözügedən ifanın videosunu təqdim edirik:

(yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ