Ermənilər Laçını boşaldır - VİDEO


Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "ərazi idarəetmə və infrastruktur naziri" ilə görüşdən sonra Zabuxdakı haylar ümidsiz vəziyyətdə qalıblar.

Bu haqda Xankəndindəki üzdəniraq "Artsax" telekanalının reportajında bəhs edilir.

"İnsanlar kəndi tərk etmək çağırışını ağrı ilə, bəziləri həyəcanla, bəziləri təmkinlə qəbul ediblər. İndi mövcud əhval-ruhiyyəni, hissləri təsvir etmək və qeyri-müəyyənliyini başa düşmək daha çətindir"- reportajda belə deyilir.

Erməni müxbir həyasızcasına bu Azərbaycan ərazisini "Kaşataq rayonu" və "qədim erməni torpağı" adlandırır:

"Kaşataq rayonunun sonuncu sakinləri bu günlərdə doğma yurd-yuvasının, qədim erməni torpağının şirinliyindən zövq alırlar ki, sabahın həsrəti bir az asan olsun". (Moderator.az)


MANŞET XƏBƏRLƏRİ