ABŞ prezidenti Donald Tramp 2026-cı il FIFA Dünya Kubokunun mükafatlandırma mərasimində bu dəfə səhnəni vaxtında tərk etməməsi ilə diqqət çəkib.
Turkustan.az xəbər verir ki, Tramp FIFA prezidenti Canni İnfantino ilə birlikdə çempion İspaniya millisinə kuboku təqdim edib. Adətən kubok təqdim olunduqdan sonra protokol üzvləri səhnəni tərk etsələr də, ABŞ prezidenti podiumda qalmağa davam edib.
Xarici medianın yaydığı görüntülərdə İnfantinonun Trampı səhnədən yönləndirməyə çalışdığı görünür. Bu vaxt İspaniya millisinin kapitanı Rodri və komanda yoldaşları çempionluq anını qeyd etmək üçün gözləyiblər.
Tramp isə səhnənin kənarına çəkilərək futbolçuların yanında dayanıb, alqışlayıb və kubokun qaldırılmasını izləyib. İspaniya yığması çempionluğunu qeyd etdikdən sonra ABŞ prezidenti podiumu tərk edib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və mükafatlandırma mərasiminin ən çox danışılan anlarından biri kimi qiymətləndirilib.
Aytən Yaşar/ Turkustan.az