VSJ: İsrail ABŞ-da 50 milyon dollarlıq təsir kampaniyası aparıb


İsrail hökumətinin ABŞ-da ictimai rəyi öz xeyrinə dəyişmək məqsədilə süni intellektdən istifadə edilən genişmiqyaslı təsir kampaniyası həyata keçirdiyi iddia olunub.

Turkustan.az xəbər verir ki,"The Wall Street Journal" (WSJ) qəzetinin yazdığına görə, kampaniyanın dəyəri təxminən 50 milyon dollar olub və məqsəd ABŞ-da İsrailə qarşı formalaşan mənfi ictimai münasibəti dəyişmək idi.

Məlumata əsasən, kampaniya çərçivəsində ABŞ vətəndaşlarına "Sülh naminə dostlar" adlı qrupun adından süni intellekt vasitəsilə hazırlanmış SMS-lər göndərilib. Mesajlarda əsasən ABŞ–İsrail münasibətləri ilə bağlı məzmun yer alıb.

WSJ bildirir ki, bu fəaliyyət İsrail hökuməti ilə ABŞ prezidenti Donald Trampın keçmiş seçki kampaniyasının meneceri və rəqəmsal strategiya üzrə mütəxəssisi Bred Parskalın şirkəti arasında bağlanmış 45 milyon dollarlıq müqavilə çərçivəsində həyata keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ