Üç gündür kiçik qızımın yoldaşından-kürəkənimdən, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradovdan xəbər yoxdur. Üç gündür gözümüzün yaşı qurumur, gözümüz yollarda qalıb. Xəyalın Mirzəməmmədkənd yaxınlığlndakı kanala düşdüyü bildirilir. Üç gündür Bakıdan belə üz tutmadığmız, ağız açmadığımız qurum yoxdur. Söz verilsə də, hələ də kanalın qabağı kəsilmir. Kanalın qabağı kəsilsə, bəlkə də Xəyalın cəsədini tapmaq olar.
Bu sözləri Etikxeber.az-a açıqlamasında Qubalı, Alpanlı İkinci Vətən Müharibəsi Şəhidi, iki bacının tək qardaşı Orxan Vidadi oğlu Balayevin anası Məlahət Balayeva deyib.
Şəhid anası hər kəsdən, xüsusilə, aidiyyatı dövlət qurmlarından-Fövqəladə Hallar Nazirliyindən (FHN) bu acılı dəqiqələrdə onlara dəstək göstərilməsini xahiş edib.
“Hər kəsdən, bu işə kimlər, hansı qurumlar cavabdehdirsə, bizə dəstək olmalarını istəyirik. Kanalın qabağı kəsilsin və Xəyalın cəsədi tapılsın. Tək oğlumuzu, arxa-dayağımızı bu Vətən yolunda Şəhid vermişik. Altı ildir acımız bir an olsun belə yüngülləşməyib, keçib-getməyib. Bala dərdindən yanıb-qovruluruq. İndi də başımıza bu müsibət gəlib. Hər kəsdən xahiş edirik ki, bizə dəstək, kömək olsun”-deyə, Şəhid anası sonda sözlərinə əlavə edib.
Qeyd edək ki, Şəhid Orxan Balayev İkinci Vətən Müharibəsi zamanı Şəhid olub və Alpan kəndinin üç İkinci Qarabağ Savaşı Şəhidindən biridir.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
