Martın 30-da Bakıda ümumşəhər iməcliyi keçiriləcək.
Turkustan.az xəbər verir ki, bu barədə qərar Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə qəbul edilib.
Toplantıda, həmçinin yağışın fəsadlarının aradan qaldırılması işlərində şəhərin kommunal-təsərrüfat qurumları, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə fəaliyyəti təqdirəlayiq hesab edilib və bu işlərin daha da genişləndirilməsi qərara alınıb. /bakivaxti.az/