Müharibəyə son qoyacaq addım! Pezeşkian bunu rəsmi olaraq elan etdi


İran prezidenti Məsud Pazaşkian ABŞ, İsrail və İran arasında müharibəyə son qoymaqla bağlı istənilən qərarın "İran xalqının təhlükəsizliyi və maraqlarının təmin edilməsindən asılı olduğunu" bildirib.

Turkustan.az xəbər verir ki, IRNA-nın məlumatına görə, prezident bu fikirləri Nazirlər Kabinetinin iclasında səsləndirib.

Pezeshkian bildirib ki, müharibənin sona çatması ilə bağlı istənilən qərar İran xalqının təhlükəsizliyi və milli maraqlarının təmin olunmasından asılıdır. O vurğulayıb ki, ordunun göstərdiyi müqavimət və xalqın nümayiş etdirdiyi birlik ölkənin mövcud çətin vəziyyətdən çıxmasında əsas amillərdən biridir.

Prezident həmçinin ölkənin müxtəlif şəhərlərində, xüsusilə axşam saatlarında keçirilən hökumətə dəstək aksiyalarına toxunaraq qeyd edib ki, bu cür birlik nümayişləri böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xalqın bir araya gəlməsi İranın gücünü və həmrəyliyini göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ