Azərbaycan nefti rekord qiymətə satılır


Qlobal enerji bazarlarında gərginlik pik həddə çatıb. Orta Şərqdə davam edən hərbi münaqişə və Hörmüz boğazındakı qeyri-müəyyənlik neft fyuçerslərini son illərin rekord səviyyəsinə qaldırıb.

Turkustan.az xəbər verir ki, bu gün səhər saatlarında keçirilən ticarət əməliyyatlarının gedişində dünya birjalarında neftin qiyməti yüksək dinamika nümayiş etdirib. Mart ayını rekord artımla başa vuran "qara qızıl" investorların diqqət mərkəzindədir.

Brent markalı neftin may fyuçersləri 107.12 ABŞ dolları səviyyəsinə qədər yüksəlib. Azeri Light" (CIF) markalı neftin qiyməti isə son hərraclarda artım meylli olaraq 128 .00 dollar həddini ötüb.

Analitiklərin fikrincə, qiymətlərin bu dərəcədə yüksək qalmasının əsas səbəbi regionda tədarük zəncirinin qırılmasıdır. İranın Hörmüz boğazını blokadada saxlaması və Yəmən husilərinin enerji infrastrukturuna hücumları qlobal bazarda gündəlik 20 milyon barelə yaxın neftin axınına mane olur.

Buna baxmayaraq, ABŞ-dan gələn son diplomatik xəbərlər və Prezident Trampın "10 günlük atəşkəs" təklifi bazarda qısa müddətli "soyumaya" səbəb olsa da, ekspertlər aprel ayında qiymətlərin 150 dollar həddini sınağa çəkə biləcəyini istisna etmirlər. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ