Bu ölkə İrana görə cəzalandırıla bilər – Senator çağırış etdi


Amerikalı senator Lindsi Qraham Konqresi İspaniyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, bu barədə o, X sosial media hesabında yazıb.

Senator səbəb kimi İspaniyanın İrandakı ABŞ hərbi əməliyyatında iştirak edən təyyarələr üçün hava məkanını bağlamaq qərarını göstərib.

“Prezident Donald Tramp bunu qulaqardına vurmamalıdır. Biz İspaniyadakı Amerika hava bazalarını mümkün qədər tez bağlamalı və onları başqa bir ölkəyə köçürməliyik”, – deyə Qraham bildirib.

Qeyd edək ki, İspaniya əvvəllər İrana qarşı hərbi əməliyyatda iştirak edən Amerika təyyarələri üçün hava məkanını bağlamışdı. Madrid həmçinin Böyük Britaniya və ya Fransa kimi üçüncü ölkələrdə yerləşən Amerika təyyarələrinin İspaniya hava məkanına girişini məhdudlaşdırmışdı./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ