ABŞ-da keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 62 faizi prezident Donald Trampın fəaliyyətindən narazıdır.
Turkustan.az xəbər verir ki, Massaçusets Amherst Universiteti tərəfindən aparılan sorğunun bir hissəsi olaraq, 20-25 mart tarixləri arasında 1000 yetkinə Trampın fəaliyyəti və İran siyasəti ilə bağlı suallar verilib.
Sorğu göstərib ki, amerikalıların 33 faizi Trampın prezidentlik fəaliyyətini "təsdiqləyir", 62 faizi isə bundan "narazıdır".
Sorğuda iştirakçıların yalnız 29 faizinin Trampın İrana hücumlarını "dəstəklədiyi", amerikalıların isə 63 faizinin Trampın İrana qarşı mövqeyini "bəyənmədiyi" qeyd olunub.
Sorğuda iştirakçıların 24 faizi Trampın inflyasiya ilə bağlı "yaxşı iş gördüyünü", 71 faizi isə Prezidentin bu sahədəki fəaliyyətini "çox da yaxşı deyil" və ya "heç də yaxşı deyil" kimi xarakterizə edib.
İştirakçıların 33 faizinin özlərini "Amerikanı Yenidən Böyük Et" (MAGA) şüarı ilə "qismən" və ya "güclü şəkildə" eyniləşdirdiyini bildirən sorğuda bu rəqəmin Respublikaçılar arasında 77 faiz, Demokratlar arasında isə 4 faiz olduğu müəyyən edilib.
Aytən Yaşar/ Turkustan.az