Bu gecə ABŞ və İsrailin hərbi hava qüvvələri İran şəhərlərinə aviazərbələr endirib.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, zərbələrin ən güclüsü 2,3 milyon insanın yaşadığı və Bədr hərbi hava bazası olan İsfahan şəhərinə yönəlib.
Bundan başqa, ABŞ Prezidenti Donald Tramp İsfahan şəhərindəki sursat anbarına 900 kiloqramlıq bombalarla endirilən zərbələrin görüntülərini də paylaşıb.
Qeyd edək ki, İsfahanda İranın ən mühüm nüvə obyektləri yerləşir.