Venesuela: Neft satışından əldə edilən gəlir səhiyyə sisteminə istifadə olunacaq


Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez neft satışından əldə edilən gəlirin ölkənin səhiyyə sisteminin təkmilləşdirilməsinə sərf olunacağını bildirib.

Turkustan.az xəbər verir ki, dövlət televiziyası VTV-nin məlumatına görə, Rodrigez ABŞ-ın Venesuelanın xam neft satışlarını qeyri-müəyyən müddətə "nəzarətdə saxlayacağı" barədə açıqlamaya toxunaraq neft satışından əldə ediləcək gəlirə toxunub.

Rodrigez illərdir ölkəsindəki böhrandan təsirlənən səhiyyə sektoru üçün xüsusi bir plan üzərində işlədiklərini və neft və təbii qaz sektorundan Venesuelaya daxil olan hər bir dolların ölkəsinin səhiyyə sisteminin ehtiyaclarının ödənilməsinə xərclənəcəyini bildirib.Rodrigez plan çərçivəsində 75 səhiyyə mərkəzinin müəyyən edildiyini bildirsə də, Venesuelada neft satışından əldə edilən gəlirin Vaşinqton tərəfindən idarə olunan hesablara köçürülməsi ilə bağlı açıqlamalara toxunmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ