İrəvan Zəngəzurda 5 haqqını elan etdi: Vaşinqton razılaşıb


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Marko Rubio yanvarın 13-də Vaşinqtonda görüş keçiriblər.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı “Beynəlxalq sülh və rifah naminə Trampın yolu” layihəsinin (TRIPP) icrası çərçivəsini elan edilib.

XİN-in məlumatında Ermənistanın TRIPP-in (Zəngəzur dəhlizi-red.) həyata keçirilməsi çərçivəsində açıq şəkildə aşağıdakı səlahiyyətləri özündə saxladığı qeyd olunur:

1. Ermənistanın suveren ərazisində TRIPP-in bütün əhatə dairəsi üzərində tam suverenlik və ərazi bütövlüyündən irəli gələrək qanunvericilik, tənzimləyici və məhkəmə səlahiyyətlərini;

2. Milli təhlükəsizlik və hüquq-mühafizə fəaliyyətinə nəzarəti;

3. TRIPP çərçivəsində ticarət və tranzit üzərində gömrük və sərhəd nəzarəti səlahiyyətlərini, eləcə də vergilər, gömrük rüsumları və ticarət və tranzitlə bağlı digər məcburi ödənişlər üzərində yurisdiksiyanı;

4. Ermənistanın suveren ərazisində bütün sahələrə çıxış hüququnu;

5. Ermənistanın suveren ərazisində tranzit marşrutunun hissələrində bütün erməni qanunlarının tətbiqi səlahiyyətini”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ