İranda SON DURUM: Etirazlarda ölənlərin sayı 2550-yə çatdı


İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) iqtisadi problemlər fonunda başlayan etirazlarda ölənlərin sayının 2 550-yə çatdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən HRANA-nın yaydığı hesabatda ölkədə artıq 17 gündür davam edən etirazlarla bağlı məlumat yer alıb. Bildirilir ki, həlak olanların 2 403-ü etirazçı olub, onlardan 12-si 18 yaşdan aşağıdır. Ölənlər arasında 147 təhlükəsizlik qüvvəsi əməkdaşı da var.

Hesabata əsasən, baş verən hadisələr zamanı 1 134 nəfər yaralanıb, 18 434 nəfər isə saxlanılıb.

İran hakimiyyəti etirazlar zamanı ölən və yaralananlarla bağlı rəsmi statistika açıqlamayıb.

Qeyd edək ki, HRANA etirazların 16-cı günü üçün yayımladığı əvvəlki hesabatda ölənlərin sayını 664, saxlanılanların sayını isə 10 721 olaraq göstərmişdi.

Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və artan iqtisadi çətinliklər səbəbindən Tehranın Böyük Bazarında başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ