Zəngəzur dəhlizinin istismara veriləcəyi tarix AÇIQLANDI


2030-cu ilə qədər Zəngəzur Dəhlizini istismara vermiş olacağıq.

Turkustan.az xəbər verir ki, bunu "Anadolu" Agentliyinə müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Dəhliz üçün 224 kilometr uzunluğunda olan Qars–İğdır–Aralıq–Dilucu Dəmir Yolu Xəttinin mühüm əhəmiyyət daşıdığını vurğulayan Uraloğlu bildirib ki, layihənin təməli ötən il qoyulub və işlər hazırda davam etdirilir:
“Azərbaycan tərəfi də işlərini davam etdirir. Naxçıvan istiqamətində hələ tamamlanmamış məsələlər var. Ehtimal ki, bu il Azərbaycan tərəfi də işlərə başlayacaq. Zəngəzur dəhlizi isə bildiyiniz kimi ABŞ-nin də prosesə qoşulması ilə gündəmə gəlmişdi. Orada da bu il ərzində müəyyən irəliləyiş olacağını gözləyirik. 2030-cu ilə qədər Zəngəzur dəhlizini istismara vermiş olarıq”, - nazir deyib. /modern.az


MANŞET XƏBƏRLƏRİ