Deputat: “Türkiyənin filmlərini dünyada göstərənləri, ölkəyə şöhrət gətirən şəxsləri həbs edərlər?”


“Türkiyədə sənət adamlarını həbs etməklə səhv ediblər. Dünyaca məşhur adamları, Türkiyənin filmlərini dünyada göstərənləri, ölkəyə şöhrət gətirən şəxsləri narkotik ittihamı ilə həbs edərlər? Hələ bilmirəm onlar narkotika istifadə edib-etməyiblər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Türkiyədə məşhurlara yönəlmiş narkotik işi üzrə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqa münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünyanın Jimi Hendrix kimi bir çox məşhur sənət adamları da narkotik maddədən ölüblər: “Onları da tuta bilərdilər. Dünyada belə bir şey var... Narkotiklə Azərbaycan, Türkiyə və digər dövlətlər mübarizə aparır. Onu satanları, insanları zəhərləyənləri tutmaq lazımdır. Oktay Kaynarca gedib kimi zəhərləyib? Hər halda yaxşı əlamət deyil. Futbolçuları bir tərəfdən tuturlar, məşhur sənət adamlarını da bir tərəfdən. Türkiyənin daxili işidir. Mən qarışa bilmərəm, ancaq xoş deyil”.

A.Abbas qeyd edib ki, Azərbaycanda da bu növ əməliyyatlar keçirilə bilər: “Bizim ölkədə də sənət adamlarından bu səbəbdən tutulanlar var. Hər gün görürsünüz həm sərhəd xidməti, həm polis, DİN nə qədər narkotika aşkar edib yandırırlar. Bizə əsas İrandan göndərirlər. Mənbə İrandır”.


MANŞET XƏBƏRLƏRİ