Nəsimi adına Dilçilik İnstitutu və Bakı Avrasiya Universiteti arasında kitab mübadiləsinə dair protokol imzalanıb


AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kitabxanası ilə Bakı Avrasiya Universitetinin Kitabxanası arasında kitab mübadiləsinə dair əməkdaşlıq protokolu imzalanıb.

Bakı Avrasiya Universitetinin Nəzəri dilçilik və Türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli və Kitabxana və informasiya mərkəzinin müdiri Məlahət Əliyeva AMEA Nəsimi adına Dilçilik İnstitutunun qonağı olub. Görüşdə hər iki qurum arasında kitab mübadiləsi çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

İnstitutun direktoru, professor Nadir Məmmədli bu görüşü yüksək qiymətləndirərək bildirib ki, bu cür təşəbbüslər müəssisələr arasında əməkdaşlığı gücləndirir, tələbələrin yeni elmi araşdırmalarla tanış olmasına şərait yaradır və Azərbaycan elminin inteqrasiyasına töhfə verir, eyni zamanda institutun elmi fəaliyyətinin səmərəliliyini artırır.

Qonaqlar isə çıxışlarında hər iki kitabxana arasında qurulan əməkdaşlığın Azərbaycan elminə böyük fayda verəcəyini qeyd ediblər.

Daha sonra Dilçilik İnstitutu Kitabxanasının müdiri Sevil Zülfüqarova və Bakı Avrasiya Universitetinin Kitabxana və İnformasiya mərkəzinin müdiri Məlahət Əliyeva kitabların mübadiləsinə dair protokol imzalayıblar.

8 kişi ve yazı görseli olabilir

2 kişi ve ders çalışan insanlar görseli olabilir


MANŞET XƏBƏRLƏRİ