Əlixan Musayev danışdı - Özü barədə yazanlara mesaj göndərdi - VİDEO


Əməkdar artist Cabir İmanovun dəfnində iştirakla gündəmə gələn vəhhabi vaiz Əlixan Musayev haqqında yazılanlara münasibət bildirib.

Turkustan.az yenisabah-a istinadla xəbər verir ki,o, sosial şəbəkə hesabında yayımladığı video müraciətində bildirib:

“Buradan haqqımda yazan şəxslərə mesaj göndərirəm. 1 həftədir hansısa dəfndə iştirakımı müzakirə edirlər. Onlara təşəkkür edirəm. Məni reklam edirlər. Antireklamın özü də reklamdır.

2014-cü ildə Suriya məsələlərinə görə də haqqımda yazırdılar. Səbr edirdim. Bütün sosial şəbəkələrdə izləyicilərimin sayı bu söhbətlərdən sonra günü-gündən artır”.

Qeyd edək ki, Əlixan Musayev ölkədə radikal sələfiliyin əsas simalarından biri kimi tanınıb. O, 2016-ci ildə bağlanan və dəfələrlə mətbuatda Suriyaya mücahid göndərməkdə ittiham edilən Ləzgi (Aşur) məscidinin imamı Mübariz Qarayevin yaxın qohumudur.


MANŞET XƏBƏRLƏRİ