1994 cü ildə Bişkek protokolu ilə atəşkəs əldə edildikdən sonrakı 26 il ərzində Ermənistan xarici dəstəkçilərinin yardımı ilə qondarma Dağlıq Qarabağ respublikasında hərbi təsirini möhkəmlədir, Azərbaycan mədəni və dini abidələrini məhv edir, müxtəlif xarici ölkələrdən süni şəkildə erməni əsilli ailələri köçürür və beləcə etnik dayaq yaratma siyasəti aparırdı.
2020 ci ildə Livandan xüsusilə 2020 avqust ayı həmin ölkədə baş verən partlayışdan sonra yaranan vəziyyətdən istifadə edən Ermənistan Qarabağa Livan ermənilərini kütləvi köçürməyə başlayır, onları evlə təmin edir. Məqsəd aydın idi, həmin bölgədə ermənilərin sayını artırıb həmin ərazilərin haylaşdırılması prosesini sürətləndirmək və Azərbaycana qarşı etnik sədd yaratmaq.
Nə vaxtsa, müharibə olardısa həmin qüvvədən hərbi əməliyyatlara cəlb edərək canlı qüvvə sayını artırmaq istəyən Ermənistan onlar üçün cəlb edici yaşam şəraiti yaratmağa başlamışdı.
2020 ci ilin sentyabrın 27 i səhər saatlarında Ermənistan və Qondarma respublikanın qüvvələri Azərbaycanla təmas xəttində atəşkəsi pozaraq hücuma keçərək yeni ərazilər işğal etmək istəyir, lakin, ordumuzun qətiyyətli addımları sayəsində bunun qarşısı alınır və əks hücum əməliyyatı başlayır.
İlk olaraq Fizuli və Cəbrayıl istiqamətində olan işğal altda olan kəndlər, 4 oktyabr isə Cəbrayıl şəhəri azad edilir.
Həmin dövrdə, ermənipərəst mövqeyi ilə seçilən xarici siyasətçilər və təşkilatlar hərəkətə keçir və Azərbaycana qarşı qara kompaniyaya başlayır.
Ölkəmizi humanitar fəlakət törətməkdə, atəşkəsi pozmaqda ittiham edən həmin qüvvələr əslində Fransa, ABŞ, Rusiya kimi ölkələrdə təşkilatlanan erməni lobbisinin təsiri altında olan şəxslərdir.
Həmin qüvvələr müxtəlif biznes, maliyyə, vəzifə dəstəyi kimi şirnikləndirici vasitələrlə rəsmi Bakı əleyhinə qətnamə və qərarların qəbulunda fəallıq edir, beynəlxalq təşkilatların sanksiyalarının işə düşməsi üçün sistemli fəaliyyət göstərirlər.
44 gün ərzində Azərbaycan biri birinin ardınca yaşayış məntəqələrini azad edərək Hadrut, Fizuli, Zəngilan, Qubadlı və nəhayət, Şuşada üçrəngli bayrağımızı dalğalandırır.
Həmin müddət ərzində erməni provokasiyası çox xüsusi ssenari əsasında ölkəmiz haqda mənfi təsəvvür yaratmaq üçün media vasitəsinə əl atır.
Guya Xankəndidə humanitar fəlakətin yaşandığı, Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən blokadaya salındığı kimi cəfəngiyyatları dünyaya təqdim edən erməni və ermənipərəst qüvvələrin arzuları puça çıxır.
Həm Prezident İlham Əliyevin peşəkar xarici siyasəti sayəsində , Həm də Türkiyə, Pakistan, Ukrayna kimi Ölkələrdən beynəlxalq və siyasi dəstək alan Azərbaycan üçün qlobal kürsülərdə və qurumlarda yarana biləcək istənilən maneələr aradan qaldırılır.
Qarabağda Azərbaycan torpaqlarının ərazi bütövlüyünü təmin etməklə hər hansı separatçı planların , müxtəlif xarici dəstəkçilərin İrəvana yardım edərək qondarma respublikanı gücləndirməsinin qarşısını aldı.
2020 ci il 10 noyabr 3 tərəfli sülhü ilə müharibə başa çatdı və həmin gün qələbə günü olaraq Xalqımızın yaddaşına yazıldı.
Rusiya sülhməramlıları həmin müqavilənin müvafiq bəndinə uyğun olaraq Yuxarı Qarabağ və Laçın dəhlizində yerləşdi.
Sülhməramlı qüvvələrin məqsədi sülhü və ölkələr arasında münasibətləri düzəltmək olsa da nədənsə bu qüvvələr ilk gündən ermənilərə yardımlar edir, separatçıların bayrağının Xankəndidə endirilməsi , bölgədəki separatçı rejimin qüvvələrinin tərk silah edilməsi və qondarma hökümətin buraxılması üçün heç bir addım atmırdılar.
İlk gündən, Azərbaycan höküməti ilə əldə edilən razılaşmanın əksinə olaraq gizli planlar cızan Rusiya sülhməramlılarının məqsədi şübhəsiz ki, Azərbaycanın Qarabağ bölgəsi daxilində bütün regiona nəzarət edəcək for post yaradıb, orada hərbi qüvvələr saxlayıb, humanitar dəstək adı altında separatçı qondarma dövləti ayaqda saxlamaq idi.
Ruben Vardanyan kimi xarici köməkçilərindən dəstək alan biri 2022 ci ilin payızı Xankəndiyə gələrək burada özü haqda xeyriyyəçi obrazı yaradır və separatçı rejimin əsas fiquruna çevrilərək Azərbaycanla istənilən sülhün qarşısının alınması fəaliyyətə başlayır.
Hətta özünün, Rusiya Tv kanallarından birinə verdiyi müsahibədə Azərbaycanla barışıq barədə “ yanaşı yaşamaq olar lakin, bir yerdə yox” deməklə əslində aşkar şəkildə bildirir ki, Yuxarı Qarabağda Azərbaycanlıların yaşamasına razı deyil.
Xarici ölkələrdə bu insana və separatçı rejimə dəstək verən qüvvələr həm də onda maraqlı idilər ki, Azərbaycan suverenliyini bərpa edə bilməsin, Türkiyə və Azərbaycan arasında bufer zona yaransın və beləcə iki ölkənin hərbi, siyasi yaxınlaşmasının qarşısı alınsın.
2022 ci ilin sonları separatçılar Azərbaycanı sanksiyaların hədəfinə çevirmək üçün humanitar fəlakət yaşadıqlarını, blokadaya düşdüklərini beynəlxalq mediaya sıramağa çalışır
Lakin, Azərbaycan apardığı ağıllı xarici siyasətlə bu planları puç edir.
2023 cü ilin sentyabrın 19 20 i keçirilən antiterror əməliyyatları ilə Xankəndi və digər Yuxarı Qarabağ şəhərlərində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilir və erməni əhaliyə bərabər hüquqlu vətəndaş kimi yanaşılacağı bildirilsə də, qondarma rejimin başçıları kütləvi köçə əmr edərək ölkəmizi guya etnik təmizləmə siyasəti aparan ölkə kimi təqdim etmək istəyir. Bir sıra beynəlxalq təşkilatlarda və Avropa Parlamentində Azərbaycan əleyhinə erməni lobbisinin təsiri ilə qətnamələr müzakirəyə çıxarılır, bəzi xarici medialarda mənfi obraz yaradılır. Lakin, Azərbaycan bütün bunların da öhdəsindən gələrək beynəlxalq aləmdə də həqiqəti çatdıraraq planların qarşısını alır və bu gün regionun güclü dövləti olaraq seçilir. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can sağlığı versin, Ordumuzu Dövlətimizi hifz etsin.
Siyasi şərhçi: İsa İsmayılzadə