Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 27 sentyabr - Anım Günü münasibətilə ilə tədbir keçirilib.
Məktəbin müəllim və şagird kollektivi Kəlbəcərdə şəhidlərin xatirə kompleksini ziyarət ediblər. Daha sonra tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.
Xatırladaq ki, adıçəkilən məktəb 32 ildən sonra azad olunmuş bölgəmizdə bu ilin sentyabrında fəaliyyətə başlayıb.