Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin icra etdiyi “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində Bəhreynin paytaxtı Manama şəhərində Bəhreyn Bank və Maliyyə İnstitutunun rəhbəri Dr. Rizvan Malik, “İslam Maliyyə Təşkilatları üzrə mühasibatlıq və audit” təşkilatının rəhbəri Omar Mustafa Ansari, həmçinin Beynəlxalq İslam Maliyyə Bazarının icraçı direktoru İjlal Ahmed Alvi ilə görüş keçirilmişdir.
QHT.az xəbər verir ki, görüşdə İRÖİB-in sədri i.f.d. Ruslan Atakişiyev ona layihənin məqsədi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların investisiya potensialı barəsində geniş məlumat verdi. O, bölgənin kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesi üzrə böyük potensialının olmasına diqqət çəkərək sərmayəçilər üçün yaradılmış investisiya mühiti – vergi, gömrük, sənaye parkları - barəsində də danışdı.
Sözügedən təşkilatların nümayəndələri Qarabağ bölgəsində aparılan infrastruktur layihələrinin son vəziyyəti ilə maraqlanaraq bu bölgənin iqtisadi potensialı ilə bağlı suallar veriblər.
Sonda xatirə şəkli çəkildi.