“Qərbi Azərbaycanın Səsi” layihəsinin bağlanış mərasimi keçirilib


Süntyabrın 15-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Departasiya Qurbanları Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Qərbi Azərbaycanın Səsi” layihəsinin bağlanış mərasimi böyük maraqla keçirilib.

Tədbirin həyata keçirilməsinə verdiyi dəstəyə görə Yasamal Rayon Bələdiyyə İdarəsi xüsusi təşəkkürlə qeyd olunub. Tədbiri Departasiya Qurbanları Cəmiyyətinin sədri Köçəri Nağıyev açıq elan edərək layihənin gedişi, seminarların nəticələri və gənclərin bu prosesdə göstərdiyi fəallıqdan bəhs edib. O, Qərbi Azərbaycan həqiqətlərinin gənc nəsillərə çatdırılmasının milli yaddaşın qorunması üçün mühüm addım olduğunu vurğulayıb. Daha sonra sözü qonaqlara verdi. Səmat Mirzəyev çıxış edərək Qərbi Azərbaycan irsinin qorunmasının yalnız dövlətin deyil, həm də hər bir vətəndaşın mənəvi borcu olduğunu önə çəkdi. O, gənclərin bu layihədə göstərdiyi təşəbbüskarlığı yüksək qiymətləndirdi. Ruhiyyə Bayramova – Qərbi azərbaycanlıların adət-ənənələrinin, xüsusilə də qadınların bu dəyərlərin yaşadılmasındakı rolunun önəmini vurğuladı. Gənclərin bu sahədə biliklərinin artmasının gələcək üçün böyük dəyər daşıdığını qeyd etdi. İsmayıl Ağayev – Layihənin könüllü təşkilat komitəsinin üzvü kimi gənclərin fəal iştirakını təqdir etdi. O, seminarlarda gənclərin öz baxış bucaqlarını bölüşməsinin mövzunun daha canlı təqdim olunmasına töhfə verdiyini bildirdi. Rauf Zeyni – Vətəndaş cəmiyyəti nümayəndəsi kimi layihənin ictimai əhəmiyyətinə diqqət çəkərək, bu cür təşəbbüslərin Qərbi Azərbaycan mövzusunun həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılmasına böyük töhfə verdiyini söylədi. Əli Vəliyev – Gənclərin maarifləndirilməsinin strateji əhəmiyyətini vurğuladı. O, layihənin gələcək nəsillərə tarixi yaddaşı ötürmək baxımından mühüm platforma olduğunu qeyd etdi. Əliməmmədova Hicran – Qərbi azərbaycanlı ailə dəyərlərini və qadınların milli-mənəvi irsin qorunmasındakı təsirini xüsusi qeyd edərək, gənclərin bu ənənələri yaşatmaqda mühüm rol oynayacağını bildirdi. Gülnarə Vəlixanlı – Seminarlarda gənclərlə birbaşa işləyən mütəxəssis kimi, onların Qərbi Azərbaycan tarixinə maraq və bağlılığını vurğuladı. O, layihənin gənclərdə milli kimlik hissini gücləndirdiyini söylədi. Qızbəs Şirinova – Çıxışında Qərbi Azərbaycanın tarixi həqiqətlərinin unudulmamasının mənəvi məsuliyyət olduğunu dilə gətirdi. Gənclərin layihəyə qatdığı dinamizmi yüksək qiymətləndirdi. Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etdi və sonda çay süfrəsi ətrafında qonaqlar, KİV nümayəndələri və ictimaiyyət nümayəndələri səmimi mühitdə layihənin gələcək perspektivlərini müzakirə etdilər.


MANŞET XƏBƏRLƏRİ