Paşinyandan Azərbaycanla bağlı növbəti etiraf


“Mən Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımışam”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Başqa yolumuz yox idi. Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-də Vaşinqtonda imzalanan sülh sazişi ilə daha da möhkəmləndi. Bu sənəd lazımi səviyyədə qiymətləndirilmir.

Hesab edirəm ki, bu, Bakı və İrəvan arasında hər iki ölkədə ratifikasiya olunmuş və hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir”, – deyə o bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ