Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İctimai Birliyinin, Əlilliyi olan uşaq və gənclər üçün idman yarışları adlı layihəsinin Boccia idman növü üzrə yoldaşlıq yarışı Ramana sağlamlıq imkanları məhdud gənclərin peşə reabiltasiya mərkəzinin boccia idman zalında həyata keçirildi.
QHT.az xəbər verir ki, layihə eyni zamanda bu il "Konstitusiya və suverenlik ili"nə həsr edilmişdir. Yarışda 30 -dan çox uşaq və gənclər öz güclərini sınayaraq, əzimkarlıq göstərdi. Layihə 3 ay olmaqla iki tədbirdən ibarət olub, parataekvondo və boccia idmanı növü üzrə yarışını təşkil etdi.
Təşkilat sədri və layihə rəhbəri Aynur Məmmədova bildirib ki, layihənin məqsədi əlilliyi olan uşaqları idmana cəlb etmək, onların təcrübəsini artırmaq, özlərinə inam hissi yaratmaq, mübariz olmağı öyrətmək, beynəlxalq arenalara çıxıb, bayrağımızı yüksətməkdir:
"Yarışda qalıblərə medal və diplomlar təqdim olundu. Yarış uşaqlara və valdeyinlərə böyük ruh yüksəkliyi verdi. Onlar belə layihələrin tez-tez və davamlı olmasını söylədilər. Bu layihədə əməyi keçən hər kəsə təşəkkur edirəm".