QHT layihə çərçivəsində Zaqatalaya səfər edib - FOTOLAR


“Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya” layihəsi çərçivəsində Zaqatala rayonunun Car kəndinə sakinlərin müraciəti əsasında səfər edib.

QHT.az xəbər verir ki, səfər zamanı 1-ci qrup əlil Qurban Abramovun əlil arabasına və xüsusi şəraitə ehtiyacı, Qarabağ müharibəsi əlil Elxan Arasovun, eləcə də daun sindromlu Asiyat Qazıyevayin problemləri ilə maraqlanılıb. “Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyi bu problemlərin həlli üçün aidiyyəti dövlət qurumlarına müraciət edib.


MANŞET XƏBƏRLƏRİ