“Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə onilliklər boyu davam edən müharibə və ölümlərdən sonra Sülh Müqaviləsini imzalamaq böyük şərəf idi”.
Turkustan.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“Onlar iki möhtəşəm insan və böyük liderdirlər. İndi isə onlar mənim yaxşı dostlarımdır!”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş çərçivəsində tərəflər arasında Sülh Sazişinin mətni paraflanıb və bir sıra digər vacib razılaşmalar əldə olunub.
Bizim.Media