Xalq yazıçısı Elçin Əfəndiyevin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq yazıçısı Elçin Əfəndiyevin ölümü ilə bağlı məsələyə aydınlıq gətirib.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:

"Avqustun 3-də, saat 11:30-da Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Müraciətlə əlaqədar hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Ünvanda 1943-cü il təvəllüdlü yazıçı Elçin Əfəndiyevin həkiməqədər ölüm faktı qeydə alınıb".


MANŞET XƏBƏRLƏRİ