"Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük əhəmiyyət verir. O, boru kəmərinin tez bir zamanda hazırlanmasını və ondan həm Azərbaycan, həm də bölgə üçün istifadə etmək istəyir. İnanıram ki, bu məsələni birlikdə həll edəcəyik".
Turkustan.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
KKTC-dən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən prezident Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayıb:
"Zəngəzur dəhlizindən təkcə Azərbaycan, Ermənistan və Türkiyə deyil, regionun digər ölkələri də faydalanacaq. Biz bu kəmərin geoiqtisadi ölçüsünə görə də son dərəcə əhəmiyyətli olduğunu görürük. Həqiqətən, bu xətt regionumuzdan kənarda olan bölgələri birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz bu xəttin fikir ayrılığı mənbəyi deyil, konsensus simvoluna çevrilməsidir.
Bu, bölgəni əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən bir sahəyə çevirəcək. İnanıram ki, biz region ölkələri olaraq bu məsələni konsensus yolu ilə həll edə bilərik”./publika.az