Liderlərin Kahramanmaraş mesajları nifaq yaratmaq istəyənlərə əsl cavab idi


Azay Quliyev, Milli Məclisin deputatı

Bu gün biz ölkənin polis orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Polis haqqında” Qanuna təklif olunan mühüm dəyişikləri birinci oxunuşda qəbul etdik.

Yeni maddələrə əsasən Polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə, o cümlədən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün dövlət büdcəsinə ödənilmiş vəsaitin 5 faizi polis orqanlarına yönəldilir.

Hüquq-mühafizə orqanlarının, o cümlədən polis orqanları əməkdaşlarının sosial təminatı hər zaman cənab Prezidentin diqqət mərkəzindədir və bu məqsəd üçün mütəmadi olaraq addımlar atılır. Elə, hazırda müzakirə etdiyimiz qanun layihəsinin müddəları da bu siyasətin davamıdır.

Dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri kimi Azərbaycanda dövlətin əsas sütunlarından olan Daxili İşlər Nazirliyi və bütövlükdə polis orqanları ictimai-siyasi sabitliyi, asayişi qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq və ölkədə təhlükəsizliyi təmin etmək kimi məsuliyyətli, şərəfli və eyni zamanda riskli bir missiyanı yerinə yetirirlər.
Bu missiyanın uğurla icrası isə heç şübhəsiz ki, onların peşəkarlığı ilə yanaşı, maddi təminatından və sosial müdafiəsindən birbaşa asılıdır.

Qanuverciliyə təklif olunan yeni mexanizm polis əməkdaşlarına yönəlik sosial layihələrin, mənzil və tibbi təminatın, eləcə də peşəkar hazırlığın maliyyə əsasını gücləndirəcək.

Digər tərəfdən bu cür mexanizmlər Polis orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə də töhvə verəcək. Məlum olduğu kimi son illər cinayətkarlığın yeni formaları – kiberhücumlar, maliyyə fırıldaqları, transsərhəd cinayətlərlərlə effektiv mübarizədə yeni texnoloji resurslar tələb olunur. Bu cür əlavə maliyyə mənbələri polis orqanlarının müasir texnika, proqram təminatı, nəqliyyat vasitələri və xüsusi vasitələrlə təchizatına mühüm dəstək olacaq.

Nəhayət, dövlət ona dəyən ziyanın bir hissəsini polis orqanlarının imkanlarını genişləndirilməsinə yönəltməklə bu cür cinayətlərin vaxtında qarşısının alınmasına əlavə töhvə verəcək.


MANŞET XƏBƏRLƏRİ