Peskov Azərbaycana TƏŞƏKKÜR ETDİ: “Minnətdarıq"


"Rusiyalıların İrandan təxliyəsi Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsi vasitəsilə həyata keçirilir”.

Turkustan.az TASS-a istinadən xəbər veri ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, rusların İrandan çıxarılmasında köməyə görə Azərbaycana təşəkkür edib:

“Azərbaycanlı dostlarımız rusiyalıların İrandan təxliyə olunmasında əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq".

Peskov vurğulayıb ki, Rusiya vətəndaşlarının koordinasiyası və təxliyəsi üzrə işlər gecə-gündüz davam edir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ