Neft və qaz iyi verən "islamçı siyasət": Körfəz ölkələri niyə İrana kömək etmirlər?


İsrailin mövcudluq hüququ Əlcəzair, İraq, İran, Qətər, Küveyt, Yəmən, Liviya, Səudiyyə Ərəbistanı, Suriya və Oman tərəfindən rəsmi olaraq tanınmır. Bu ölkələrdən yalnız İran nüvə silahı yaratmağa yaxınlaşıb. Buna görə də İsrail bunun qarşısını almaq qərarına gəlib.

Turkustan.az xəbər verir ki, bu fikirləri "Moskovskiy Komsomoles" portalının analitiki Vladimir Qundarov yazıb.

Onun fikrincə İran nüvə silahı əldə etsə də, ilk növbədə iki səbəbə görə ondan istifadə etməyəcək. Birincisi, İsrailin də nüvə silahı var (baxmayaraq ki, bunu heç vaxt rəsmən etiraf etməyib), ona görə də nüvə cavabı verə bilər. İkincisi, kim nüvə silahından birinci istifadə etsə, məhv ediləcək, hətta onun regiondakı müttəfiqləri belə müdafiəsinə qalxmayacaqlar.

İranın şəriklərinin iqtisadi maraqlarına zərbə

Müttəfiq və həmfikirlərinin gözlənilən mənfi reaksiyasına görə, İran da Hörmüz boğazında gəmiçiliyi ciddi şəkildə əngəlləməyəcək. Hərbi-texniki baxımdan bu, problem deyil, amma siyasi məqsədəuyğunluğu yoxdur. Bu, İsraili sülhə məcbur etməyəcək, əksinə bütün dünyanı özünə qarşı çevirəcək. Avropada neftin qiyməti sürətlə artacaq. Amma bununla yanaşı, İraq, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və Omanın, yəni İranın şəriklərinin iqtisadi maraqları zərər görəcək.

Analitik qeyd edib ki, heç kim öz iqtisadi maraqlarını qurban verməyə hazır deyil. Bu səbəbdən hamı İsrailə qarşı sanksiyalar tətbiq etməyə belə hazır deyil. Məsələn, 2023-cü ilin noyabrında İsrailin Qaça zolağına etdiyindən sonra Ərəb Dövlətləri Liqası Şurasının və İslam Əməkdaşlıq Təşkilatının sammitində dörd Körfəz ölkəsi sanksiyaların lehinə səs verdi: İraq, Qətər, Küveyt və Oman. Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı isə əleyhinə səs verdi. Ümumilikdə Ərəb Dövlətləri Liqasının 23 və İslam Əməkdaşlıq Təşkilatının 57 üzvündən yalnız 10-u sanksiyaların lehinə səs verib.

Bəhreyn, Misir, İsrail, İordaniya, Mərakeş, BƏƏ, Səudiyyə Ərəbistanı və Sudan Hindistan-Yaxın Şərq-Avropa böyük nəqliyyat dəhlizinin bir hissəsi olmaq istəyirlər. Ona görə də onların heç biri İsraillə döyüşmək fikrində deyil.

Üstəlik, İran Hörmüz boğazını bağlayarsa, ilk olaraq İslam Əməkdaşlıq Təşkilatının 47 üzvü İranı qınayacaq.

Neft və qaz iyi gələn siyasət

Siyasi ekspert vurğulayıb ki, Səudiyyə Ərəbistanı İsrailə qarşı barışmaz mövqeyinə baxmayaraq, onunla ticarət əlaqələrindən imtina etmir, xüsusən də ABŞ hər iki ölkənin tərəfdaşı olduğu üçün. ABŞ-ın İslam dünyası ölkələri üçün başqa “xeyirləri” var. Məsələn, Vaşinqton işğal olunmuş Qərbi Sahara ərazisini Mərakeşin qanuni mülkiyyəti kimi tanıdı və Sudana borclarını bağışladı və BVF-dən yeni güzəştli kreditlər almağa kömək etdi. Və bu təsadüfi deyil. Yaxın Şərqdə neft və qaz iyi gələn siyasət yaxşı satılır.

İran və İsrail bu oyunda nə edə bilər? Analitikin özü qoyduğu suala belə cavab verib ki, sursatları bitənə və ya müharibənin iqtisadiyyatda, siyasətdə və ya xalqının mənəviyyatında qazancdan daha çox itkiyə səbəb olduğunu hiss edənə qədər bir-birini raket və bombalarla vuracaqlar.

İndiyədək İsrail sona qədər mübarizə aparmağa, İran isə İsrail şəhərlərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməyə hazır olduğunu bəyan edib. Dönüş nöqtəsi təxminən bir və ya iki həftəyə başlaya bilər. Sonra elan olunacaq ki, hərbi əməliyyatın bütün məqsədlərinə nail olunub və növbəti münaqişəyə qədər sülh şəraitində birgəyaşayış vəziyyətinə keçid olacaq./publika.az


MANŞET XƏBƏRLƏRİ