İsrail və İran arasında 5 günlük müharibə Yaxın Şərqi alovlanmaya çevirdiyi halda, Rusiya ötən gecə müharibə başlayandan bəri Ukraynaya qarşı ən qanlı hücumlarından birini həyata keçirdi.
Turkustan.az xəbər verir ki, Rusiya ordusu Ukraynanın Kiyev, Odessa, Çerniqov, Nikolayev, Jitomir, Kirovoqrad və Zaporojye vilayətlərinə 440-dan çox PUA və 32 raketlə zərbələr endirib.
Hücum nəticəsində azı 15 nəfər ölüb, 75 nəfər yaralanıb. Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında verdiyi açıqlamada, rusların gecə saatlarında Ukraynaya raket və pilotsuz təyyarə hücumlarının paytaxt Kiyev, Odessa, Çerniqov, Nikolayev, Jitomir, Kirovoqrad və Zaporojye vilayətlərini hədəf aldığını bildirib.
Rusların 440-dan çox PUA və 32 raketlə hücum etdiyini bildirən Zelenski: "Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biri idi" dedi.
Zelenski Kiyevin səkkiz müxtəlif rayonunda dağıntıların baş verdiyini və dağıntılar altından insanların xilas edilməsi işlərinin davam etdiyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az