İsrail və İran arasında müharibə 5-ci günündə bütün şiddəti ilə davam edir.
Turkustan.az xəbər verir ki, dünən axşam saatlarında İran Dövlət Televiziyasını vurduqdan sonra İsrail ordusu bu gün yenidən televiziya binasını bombalayıb. Hazırda ərazidən tüstü qalxır.
Bildirək ki, İsrailin hücumları nəticəsində İran Baş Qərargah rəisi Baqeri və İnqilab Keşikçiləri Korpusunun komandiri Səlami kimi yüksək rütbəli hərbçilərin də olduğu azı 224 nəfər həyatını itirib, 1277 nəfər yaralanıb.
Aytən Yaşar/ Turkustan.az