O, səhnəyə belə gəldi: GÖRÜN ƏLİNDƏKİ ŞÜŞƏYƏ NƏ QƏDƏR PUL VERİB - FOTO


Partiyasının qrup toplantısında açıqlama verən CHP Ümumi Başçısı Özgür Özel yanacaq dolu bidonla səhnəyə çıxaraq hökuməti iqtisadiyyat üzərindən tənqid etdi.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Özəl: "Mən dizelin qiyməti artdı deyəndə nə dedi? "Mənə dəxli yoxdur, onsuz da mən əlli lirəlik alıram". Budur, əlli lirəlik dizel. Daha əlli lirəyə bir litr dizel ala bilməzsiniz. Biz cənab Tayyipə səs verdiniz. Bu tək adam rejimi Türkiyəyə yaraşmaz, Tayyib gələrsə, çörək balacalaşacaq dedik, ancaq sən 2018-də Tayyibə səs verdin. O, dedi ki, səs verin, görün dizeli necə ucuzlaşdıracağam, dolları necə aşağı salacağam. Vaxtilə Bir əlli lirə verdiyiniz zaman bir bidon dizel alırdınız, indi bir litr dizel ala bilməzsiniz. Bundan sonra Rəcəb Tayyib ərdoğanın bir nəfərlik rejiminin təsiri ilə maraqlananlar bunu görsünlər. Bir tərəfdən dizel bidonu, digər tərəfdən bir litr belə ola bilməyən dizel şüşəsi" deyə, bildirdi.

Aytən Yaşar/ Turkustan.az

CHP lideri Özəl əlində dizellə səhnəyə çıxdı: İşdə sizə 50 TL dizel


MANŞET XƏBƏRLƏRİ