Ərdoğandan İrana Zəngəzur xəbərdarlığı – “İki variant var…”


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlaması narahatlıq doğurur”.

Turkustan.az xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Surenyants deyib.

“Ərdoğan bildirib ki, “Türkiyə gözləyir ki, İran Zəngəzur dəhlizi ilə bağlı məsələdə sülhə, sabitliyə və inkişafa xidmət edən addımları dəstəkləyəcək”. Bu bəyanatın təhlükəli kontekstinə hələ toxunulmayıb. Əgər bu fikirlər doğru şərh olunarsa, iki mümkün ssenari ortaya çıxır.

Ya Paşinyan artıq Zəngəzur dəhlizi ideyasına razılıq verib və Ərdoğanın yeganə əngəl olaraq gördüyü tərəf İrandır, ya da Ermənistanın subyektivliyi o qədər zəifləyib ki, ölkənin ərazisindən keçəcək yolun taleyi regional güclər arasında müzakirə olunur. İrəvanın mövqeyi isə nəzərə alınmır”, – o qeyd edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ