Gəncədə şəhid lövhələrinin yığışdırılması ilə bağlı - Rəsmi açıqlama - VİDEO


Gəncə şəhərində yolun kənarında quraşdırılmış şəhid lövhələri yığışdırılır.

Turkustan.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən sorğumuza belə cavab aldıq: “Gəncə şəhərinin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılıb. Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq tamamilə yararsız hala düşüb, orijinal görkəmini itirib. Qeyd edilənlər nəzərə alınaraq, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələrinin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınıb.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən “İstiqlal” parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Memorial Abidə Kompleksi inşa edilib, lövhələr quraşdırılıb, eyni zamanda gencesehidleri.az saytı hazırlanaraq istifadəyə verilib”. /Qafqazinfo/



MANŞET XƏBƏRLƏRİ