Çin maşınları ilə bağlı xəbərdarlıq: “batareyası” 8,5 min dollaradır


Avtomobil bazarında ciddi qeyi-müəyyənlik var. Hamı Çin avtomobillərinin bazardakı psixoloji təsiri altındadır.

Turkustan.az xəbər verir ki, bu barədə iqtisadçı Razi Abasbəyli bildirib.

Onun sözlərinə görə, bir müddətdir Çin istehsalı olan “sıfır kilometr” hibrit avtomobillər bazara daxil olmağa başlayıb:

“İndi ölkənin avtomobil bazarında bir həyəcan var. Hamı benzin və dizel mühərrikli avtomobillər dövrü bitəcək düşüncəsi ilə Çin avtomobili almağa çalışır. Lakin çoxunun bilmədiyi bir gerçək var. Çin istehsalı olan hibrit və ya tam elektrikli avtomobillərin istismarı əsasən onların "batareyası"ndan asılıdır. BYD, “Çangan” kimi nəhəng istehsalçıların avtomobillərinin əsasını onların "batareyası" təşkil edir. Bu batareyaların da istismar müddəti iqlimə və regiona görə dəyişir. Azərbaycanda bu avtomobillərin batareyalarının istismar müddəti 3 ildir, baxmayaraq ki, rəsmi dillerlər satışda 5 il zəmanət verirlər.

Tutaq ki, 5 il Çin istehsalı olan nəqliyyat vasitəsini istismar etdiniz. 5 ildən sonra həmin avtomobilin batareyasını dəyişmək lazımdır. Çin istehsalı olan sedan avtomobilləri üçün batareya dəyişimi ən azı 8500 ABŞ dolları edir. 23 min manata 2025-ci ildə aldığınız Çinin hibrit avtomobilini 5 il istismar edəndən sonra "batareyası"nı dəyişmək sərfəli olacaq, yoxsa yeni avtomobil almaq?

Nəzərə alın ki, həmin avtomobillərin istismar müddətini başa vurmuş "batareya"ları utilizasiya da olunmur. Torpağa basdırmaq olmur, yandırmaq olmaz və sair. Avropada artıq qadağa var. Çin avtomobilinin idxalı, demək olar ki, sıfra bərbabərdir.

Azərbaycanda isə heç kim sabahı düşünmür”.


MANŞET XƏBƏRLƏRİ