40 illik PKK terrorunun SONU – Türkiyədən sonra bu ölkələrdə terrorçular İZLƏNƏCƏK – SENSASİON DETALLAR


“Türkiyə dövləti son iki ay ərzində qəti bir qərar verdi və ortaya güclü iradə qoydu. Bu, PKK terror qruplaşmasının bütünün fəaliyyətlərinin dayandırılması, silahsızlaşdırılması və özünü ləğv etməsi yönündə idi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ehtiyatda olan Jandarma Qərargah polkovniki, hərbi ekspert Abdullah Cüneyt Küsmez deyib.

Ekspert qeyd edib ki, Türkiyə dövləti sözügedən qərarın qəbul edilməsi üçün uzun müddətdir mübarizə aparır:

“İlk baxışda sözügedən qərar sadəcə gələcək istiqamətində sadə addım kimi görünürdü. Lakin bu, belə deyildi. Çünki bu dövlətin xüsusi qərarı idi. Bu müddət ərzində isə PKK-nın qərarı necə qəbul edəcəyi, xüsusən DEM partiyası vasitəsilə atılan addımlara necə reaksiya veriləcəyi ilə bağlı gözləntilər var idi. Təbii ki, bundan sonra da proses davam edir. Lakin Türkiyə dövləti prosesə son dərəcə diqqətlə nəzarət edəcək. Çünki 40 ildən çoxdur PKK dövlətə siyasi, iqtisadi, mədəni baxımdan zərər vurub. Buna görə də, özünü ləğv edən PKK-nın bu prosesləri necə həyata keçirəcəyi diqqətli bir formada izləniləcək. Bundan sonra söz və bəyanatlar üzərindən aparılan siyasi gedişlər olmayacaq”.

Abdullah Cüneyt Küsmez əlavə edib ki, indi daha diqqətli addımlar atılmalıdır.

Çünki PKK-nın ləğv edilməsi qərarı yalnız Türkiyə torpaqları ərazisində deyil, digər ölkələrdə də ciddi nəzarətə alınmalıdır:

“Bu proses yalnız Türkiyə ilə bağlı deyil. Həm İraq, həm Suriya tərəfində, həm də Avropa və digər ölkələrdəki lokasiyası etibarilə də xüsusi izlənmə olacaq. Çünki biz PKK-nı yalnız silahlı bir terror qruplaşması olaraq görmürük. Terror qruplaşmasının həm iqtisadi gücü, həm digər ölkələri ilə bağlantıları baxımından da izlənməli olan bir reallıq var.

Həmçinin vətəndaşlar arasında bu mövzu ilə bağlı ciddi bir gərginlik də var. Bu da, normal prosesdir. Bir terror qruplaşmasının özünü ləğvetmə qərarını necə həyata keçirəcəyi önəmlidir. Əminəm ki, hökumətimiz sözügedən prosesi dəqiqliklə izləyəcək”.


MANŞET XƏBƏRLƏRİ