Asiya iynə qarışqaları ABŞ-ı zəbt edib və ölkənin ekosistemini təhdid edir.
Turkustan.az xəbər verir ki, bu barədə "Fox Weather" məlumat yayıb.
Entomologiya üzrə professor Den Suiterin sözlərinə görə, belə bir həşəratın dişləməsi ölümcül ola bilər. Bu, anafilaktik şoka səbəb ola bilər. Professor bildirib ki, Asiya qarışqaları aqressiv deyil, ancaq təsadüfən paltarların altına düşərsə, özünümüdafiə vasitəsi kimi sancırlar.
Xatırladaq ki, Asiya qarışqaları ABŞ-a 1932-ci ildə gətirilib, lakin bu yaxınlarda problemə çevrilib. Suiter növlərin invaziv olduğunu izah edib. Onlar böyük miqdarda bitki yeyirlər və lazımi toxumları yayan yerli qarışqaları məhv edirlər.
Mütəxəssisin sözlərinə görə, bu həşəratlar kiçik olsalar da, ekosistemə çox böyük ziyan vurmağa qadirdirlər, ona görə də onların çoxalması ilə mübarizə aparılmalıdır. Asiya qarışqaları ağaclarda və odunlarda yaşayır. Suiter insanlara odun ehtiyatlarını quru yerdə, yerdən kənarda saxlamağı tövsiyə edib. /publika.az/